BŞH: Könüllülərin qeydiyyatına start verilib

BŞH: Könüllülərin qeydiyyatına start verilib
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 13-15 sentyabr 2024-cü il tarixlərində keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.

Kokpit.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən bildirir ki, sayca səkkizinci dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır. Seçim mərhələsini uğurla başa vurmuş könüllülər Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərərək böyük təcrübə əldə edəcəklər.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti fəal, həvəsli, məsuliyyətli, yüksək kommunikasiya və komandada işləmək bacarığı olan könüllüləri Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 komandasına qoşulmağa dəvət edir. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq, müraciətlərin sayı çox olduğu üçün seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək.

Qeyd edək ki, könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilər.

“Bildiyiniz kimi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində “BCC Akademiya” fəaliyyət göstərir. Hər il olduğu kimi bu il də yarış öncəsi hazırlıqlarla yanaşı könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Təlimlərin keçirilməsində məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına öz töhfəmizi verməkdir”, deyə BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.

Könüllülük proqramına qoşulmaq istəyənlər linkə keçid edərək, qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login

Proqram haqqında daha ətraflı məlumat almaq istəyən namizədlər +994 12 404 13 83  nömrəsi ilə əlaqə saxlaya bilər.

Bunları da oxuyun

Şərh əlavə et