Xəbəri Kokpitdə Oxuyun!

C.Əllison: Yaponiya bizim üçün test olacaq

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Yaponiya Qran Prisi onlar üçün test olacaq.

Kokpit.az xatırladır ki, Mercedes komandası ilk 3 yarışdan sonra turnir cədvəlində beşinci yerdədir. “Gümüşü oxlar” sonuncu Avstraliya yarışında xalsız qalıb.

Mercedes komandasını Suzukada çətin yarış gözləyir. Texniki direktor Ceyms Əllison bu barədə belə danışıb: “Suzuka trasında çoxsaylı sürətli döngələr var. Üstəlik yavaş döngələr də var. Buna görə də ora maşın üçün test olacaq”.

Mercedes W15 sürətli döngələrdə çox çətinlik çəkir. Allison da bunu bilir: “Təkər temperaturu və sürətli-yavaş döngələr bizim üçün problemlidir. Simulyatorda bunu təkmilləşdirməyi ümid edirik. Corc Avstraliya yarışından sonra simulyatorda çox işlədi. Bu da sazlanma tapmağımıza kömək edir. Bunu tamamladıqdan sonra Suzuka proqramımızın üzərində işləməyə başlayacağıq. Məhdud vaxtda faydalı işlər görmək istəyirik.

Təkərləri doğru temperatura gətirmək üçün əlimizdən gələni edirik. Sadəcə vahid dövrədə yox, yarış tempində güclü maşın istəyirik.

Yaponiyada daha yaxşı olmağa ümid edirik. Belə olsa, Çinə güvənlə gedə bilərik. Orada sprint yarışı var və buna görə də məşq etmək üçün vaxtımız azdır. Oraya özümüzdən əmin formada getmək istəyirik. Ümid edirəm ki, Yaponiya bizə növbəti yarışlar üçün inam verər”.

Rauf Hacıyev

Şərh əlavə et