Kokpit.az bildirir ki, bu, bütün gövdə boyunca qızıl elementlərin işlənildiyi Vento D’Oro-dur. Bu maşın cəmi bir nüsxədə yaradılıb.
Ferrari 488 elementləri ilə Ferrari F8 Tributo bazasında hazırlanmış Arese RH95 2021-ci ildə təqdim edilmiş və məhdud sayda – 18 ədəd istehsal edilmişdir. Sportkar 670 at qüvvəli 3,9 litrlik V8 mühərrikinə malikdir. O, 100 km/saata üç saniyəyə sürətlənir, avtomobilin maksimal sürəti isə 330 km/saatdır.
Touring Superleggera qeyd edir ki, Arese RH95 Vento D’Oro-nun dizaynında səhra mənzərələrindən ilhamlanıblar və buna görə də qızılı çalarları açıq rənglərlə birləşdirirğblər. Qızıl əlavələri avtomobilin kapotunda və yanlarında, həmçinin ön splitterdə, yan ətəklərdə, arxa diffuzorda və hətta təkərlərdə görmək olar. Avtomobilin qiyməti barədə məlumat verilmir.
Şərh əlavə et