Kokpit.az xəbər verir ki, mövsümün əvvəlindən bəri ilk dəfə olan 2 həftəlik fasilədən yararlanan komandaların əksəriyyəti bir sıra yeniliklərlə gəliblər və ilk sessiyanı onları öyrənməyə həsr ediblər.
Pirelli mövsümdə ilk dəfə ən yumşaq üçlüyə – C3, C4 və C5 tərkiblərinə müraciət edib. Birinci məşqlərdə asfalt tozlu və sürüşkən olub, sürücülər Medium və Soft təkərlərdən istifadə edərək tədricən sürətləniblər.
Keçirdiyi əməliyyata görə keçən yarışı buraxmalı olan Karlos Sayns yenidən sükan arxasına qayıdıb. Lakin onun sabah da mübarizə aparması ilə bağlı qərar daha sonra veriləcək.
Sessiya sakit keçməyib. Alonso 10-cu döngədə fırlanaraq çınqıllığa çıxıb və maşının altlığını zədələyib. Rasseell 9-cu döngədə otluğa çıxıb, Bottas isə elə orada yerində fırlanıb.
Sessiya 40-cı dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Elbon 7-ci döngədə qəza edib. Sürücü yaxşı olsa da, yüklənmə sensoru işə düşdüyü üçün tibb məntəqəsinə göndərilib. Fasilə 10 dəqiqə davam edib. Ferstappen də bordürün üstündən təhlükəli şəkildə keçib, maşının altlığında zərbə hiss etdiyi üçün pitə qayıdıb.
Lando Norris Soft təkərlərlə ən yaxşı dövrəni vurub – 1:18.564. Məşqlər bu gün davam edəcək.
Şərh əlavə et