Xəbəri Kokpitdə Oxuyun!

Mourinyo Alonsoya azarkeşlik edir

Məşhur baş məşqçi Xose Mourinyo bildirib ki, o, Fernando Alonsonun azarkeşidir.

Kokpit.az xatırladır ki, Xose Mourinyo futbol tarixinin ən yaxşı məşqçilərindən biri sayılır. O, Səudiyyə Ərəbistanında paddokda olub və yarışdan əvvəl Fernando Alonso ilə söhbət edib. Onların yaxın dost olduğu onsuz da məlumdur. Portuqaliyalı məşqçi də bunu sübut edib.

Xose Mourinyo: “Fernando Alonso ən çox bəyəndiyim sürücüdür. Onunla yarışdan əvvəl danışdım və mənə dedi ki, bu il qələbə qazanmaq şansı azdır. Lakin Fernandodan həmişə möcüzə gözləyə bilərsiniz. Zəif komandada olsa belə, xüsusi performans göstərə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et