Rolls-Royce Arcadia Droptail-i təqdim edib

Rolls-Royce Arcadia Droptail-i təqdim edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Rolls-Royce öz müştərilərindən birinin fərdi sifarişi əsasında yaradılmış unikal Arcadia Droptail maşınını nümayiş etdirib.

Avtomobil kuzovda və salonda taxta panellərdən istifadə edilməklə qeyri-adi dizayna malikdir, həmçinin Rolls-Royce tarixində ən mürəkkəb siferblatla öyünür – yaradılması iki il çəkib.

Arcadia Droptail sərt ağac panelləri ilə birləşən sakit açıq rənglərdə hazırlanmışdır. Onlar həm kuzovun arxa hissəsində, həm də avtomobilin salonunda istifadə olunur. Qeyd olunur ki, 233 taxta elementin quraşdırılması 8 min saata yaxın vaxt aparıb. Sifarişçinin Sinqapurlu müştəri olduğu bildirilir.

“Bu avtomobil Coachbuild tərəfindən indiyə qədər yaradılmış fərdi üslubun ən dəqiq ifadəsidir” – avtomobilin yaradıcıları deyirlər.

Xatırladaq ki, Rolls-Royce Droptail layihəsi (Boat Tail) 2023-cü ilin avqustunda təqdim edilib. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 BMW N74 güc qurğusuna malikdir. Rolls-Royce Droptail-in cəmi dörd nümunəsini hazırlayacaq, Arcadia isə onların üçüncüsüdür.

İlk iki avtomobil isə Black Baccara qızılgülünün rənginə boyanmış qırmızı rəngli La Rose Noire Droptail və Globe Amaranth gülünün rəngində olan bənövşəyi Amethyst Droptail modelləridir.

Bunları da oxuyun

Şərh əlavə et