Xəbəri Kokpitdə Oxuyun!

Saxirdə sakit hava olacaq

Bəhreyndə əsas mərhələlər süni işıqlar altında axşam baş tutur, buna görə də sıralanma turu və yarış zamanı hava gündüzə nisbətən daha sərin olacaq.

Kokpit.az xəbər verir ki, təsnifat və yarış müvafiq olaraq yerli vaxtla 19:00 və 18:00-da start götürəcək. Mövsümün ilk həftəsonu üçün ilkin proqnozlar yağıntısız isti hava vəd edir.

Cümə axşamı Saxir trasındə sərbəst yürüşlər başlayacaq. Gün ərzində hava 21 dərəcəyədək isti olacaq, güclü külək əsəcək. Cümə və şənbə günləri havanın günəşli, 22 dərəcəyədək isti olacağı gözlənilir. Axşam havanın temperaturu +17 dərəcəyə enəcək.

Xatırladaq ki, ötən il Bəhreyn Qran Prisinin bütün sessiyaları quru trasda keçirilib.

 

Elçin Zodorov

Şərh əlavə et