Avtomobil eksklüziv Arte in Pista proqramının bir hissəsi olacaq, burada müştərilər mühəndislər və məlumat analitiklərinin dəstəyi ilə avtomobili dünyanın ən yaxşı yarış yollarında sınaqdan keçirə biləcəklər.
Kapotun altında standart Pagani Huayra ilə eyni – 6 litrlik V12 mühərrik var, lakin R Evo versiyasında 900 at gücü hasil edən yenidən kalibrlənmiş blok var. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin noyabrında təqdim olunan Huayra bazalı Imola Roadster-də bu mühərrik 850 at gücünə malikdir.
Paqani qeyd edir ki, bu avtomobilin yaradılmasında ilham üstü açıq, lakin keçilməz şüşə ilə qorunan avtomobillərin iştirak etdiyi IndyCar yarışı olub. Huayra R Evo-nun sürücüyə oxşar təcrübə təqdim edəcəyi gözlənilir. Yeni maşının sürət xarakteristikaları barədə məlumat verilmir, lakin Pagani iddia edir ki, R Evo LMP2 prototipləri səviyyəsində performansa qadirdir.
Onu da əlavə edək ki, bu maşın 21% daha səmərəli aerodinamikaya malikdir. Beləliklə, 320 km/saat sürətlə Pagani Huayra R Evo çəkisindən daha çox asfaltayatma qüvvəsi yaradır. Şirkətin təsisçisi Horacio Paqani deyib: “Bu avtomobili idarə etmək müştərilərimizin təcrübəsini onların ən vəhşi xəyallarından çox genişləndirəcək”.
Şərh əlavə et