Kokpit.az xəbər verir ki, Bugatti də təsdiqləyub ki, bu onun W16 mühərrikli sonuncu avtomobilidir. Bugatti W16 Mistral 1600 at gücünə sahib olacaq. Onun yaradıcıları qeyd edirlər ki, maşın çox diqqətlə dizayn edilib və buna görə də onu Chiron-un versiyası hesab etmək olmaz. Rodster 420 km/saat sürət yığmağa qadirdir, lakin Bugatti digər texniki detalları təqdim etmir.
Xatırladaq ki, W16 Mistral 2022-ci ilin avqustunda təqdim edilib. Avtomobilin cəmi 99 nüsxəsi buraxılacaq – onların hamısı istehsalla başlanmamışdan əvvəl 5 milyon avro qiymətinə satılıb. Gözlənilir ki, onların sahiblərinə təhvil verilməsi prossesi bu il başlayacaq. Onu da qeyd edək ki, mövcud olmayan Mistral artıq Mobil saytında 8,5 milyon avroya yenidən satılır…
Şərh əlavə et