Yenilənmiş Volkswagen Golf GTI üzərindəki sirr pərdəsi götürülüb

Rauf Hacıyev 10 Yanvar 2024, 20:30
Yenilənmiş Volkswagen Golf GTI üzərindəki sirr pərdəsi götürülüb
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alman markası yaxın həftələrdə səkkizinci nəsil Golf modelinin yenilənmiş versiyasını təqdim etməlidir. Onun ardınca sonuncu dəfə yenilənəcək “bərkgedən” GTI versiyası işıq üzü görməlidir. Lakin yenilənmiş hetçbekin dizaynı artıq sirr deyil: hot-hetçin görünüşü Las Veqasda keçirilən CES 2024 sərgisində nümayiş etdirilən prototipin multimedia sisteminin ekranında peyda olub.

“Car Crash Review” YouTube kanalında yerləşdirilən videoda göründüyü kimi, yeniləmə ilə Golf GTI diod zolağına birləşən hissəsində daralan yeni formalı ön optikaya sahib olub. Üstəlik, fənərləri birləşdirən zolaq işıqlandırılan Volkswagen loqotipi ilə iki hissəyə bölünür.

Ön bamperin dizaynı bir qədər dəyişib, bununla belə,  pətək formasında barmaqlıq və X hərfini əmələ gətirən yan tərəflərdəki LED elementlər yerlərini qoruyublar. Təkər disklərinin dizaynı da dəyişdirilib və indi onlar  Skoda Octavia RS hetçbekinin disklərini xatırladırlar.

Qalan cəhətdən yenilənmiş Golf GTİ hetçbeki demək olar ki, dəyişməz qalıb, lakin qeyd etmək lazımdır ki, sərgidə nümayiş etdirilən prototipindəki arxa spoyler, media sisteminin ekranından göstərilən üçölçülü modeldə nəzərə çarpmır.

Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et