Skoda Octavia modelini yeniləyib

Rauf Hacıyev 09 Yanvar 2024, 17:19
Skoda Octavia modelini yeniləyib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Skoda şirkəti 2024-cü ilin əvvəlində keçirəcəyi ilk təqdimat barədə məlumat verib. Çex brendi yenilənmiş Octavia modelinin təqdimatına hazırlaşır və bunu dərc etdiyi tizerlə təsdiqləyib. Beləliklə, Skoda markasının bestselleri dövrün ruhuna uyğun olan daha aqressiv görünüşü və daha çox texnoloji avadanlığı əldə edəcək. Yenilənmiş liftbək haqqında başqa məlumat verilməyib. Avtomobilin görünüşdəki əsas dəyişiklik - kənara çıxan diaqonal bölmələri olan ön fənərlərdir.

Bamperlər və Skoda loqotipi olan radiator barmaqlığının dizaynı dəyişəcək və barmaqlıq indiki dəbə uyğun olaraq işıqlandırılacaq. İnteryerdə baş vermiş dəyişikliklər barədə heç bir məlumat yoxdur, lakin ən çox ehtimal olunan restaylinq ssenarisi, Octavia modelinin interyerinin 2023-cü ilin sonunda təqdim edilmiş yeni Superb və Kodiaq modellərindəki ilə ümumi üsluba gətirilməsidir.

Adı çəkilən modellər virtual cihazlar paneli və multimedia sisteminin cütlənmiş ekranlarını, quraşdırılmış ekranları olan Smart Dials şaybalarını, xırda əşyalar üçün saxlanc yerləri olan yeni mərkəzi tuneli və bir sıra digər dəyişiklikləri əldə ediblər.

Texniki dəyişikliklərə gəldikdə isə, Octavia modelinin mühərrik çeşidini Superb və Kodiaq ilə bölüşəcəyini gözləmək olar. Yenilənmiş Skoda Octavia haqqında bütün təfərrüatlar onun bu yaxınlarda baş tutacaq rəsmi təqdimatı zamanı açıqlanacaq – yenilənmiş liftbəkin təqdimatı 2024-cü ilin fevralında baş tutmalıdır.

Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et