Mercedes G 63-də yeniliklər var

Rauf Hacıyev 07 Yanvar 2024, 08:02
Mercedes G 63-də yeniliklər var
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Hazırkı Mercedes-Benz G-Class ofrouderinin Cabriolet versiyası yoxdur.

Amma Refined Marques atelyesi bu çatımazlığı aradan qaldırmağı vəd edir. Açıq kuzovlu Mercedes-AMG G 63 ofrouderini almaq arzusunda olanlar nə az, nə çox, 1,2 milyon avro ilə vidalaşmalı olacaqlar. Üstəlik, zavod versiyasından fərqli olaraq, yumşaq damın rəngi qara və ya bej ilə məhdudlaşmayacaq.

Açıq kuzovlu ofrouderin inşası ideyasını Refined Marques şirkətinin rəhbəri Əhməd əl-Bakrinin beş yaşlı oğlu irəli sürüb. Müştərilər arasında artıq orijinal G 500 Cabriolet modelinin qadın sahibi də var – o, ofrouderin bu versiyasını daha çox bəyənir.

Kabriolet Mercedes-AMG G 63  modelinə əsaslandığına görə, kapotun altında 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən standart 4,0-litrlik V8 biturbo mühərriki dayanır. Güc aqreqatı doqquz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.

Məlum məsələdir ki, oxlar və təkərlərarası differensialları və azaldıcı cərgəsi olan tam ötürmə sistemi də yerindədir. Avtomobilin inşası il yarım çəkib və bu işə Formula 1 və superkarlar üzrə alman mütəxəssisləri cəlb olunublar.

Adi Mercedes-Benz G 500 Cabriolet modelindən əsas fərq arxa qapıların mövcudluğudur. Düzdür, onlar öndəkilərdən daha ensizdirlər və üstəlik, hərəkətin əksi istiqamətinə açılırlar. Salonda ayaqlar zonasında daha geniş məkan və yeni üzlüklər var.

Baqaj qapısı yana açılır ki, bu da standart aşağı açılandan daha rahatdır. Qatlanan yumşaq tavan elektrik ötürməsinə malikdir, lakin damın kilidləri əl ilə bağlanılır. Rənglər, materiallar və dekor müştərinin seçimindən asılıdır. İki eyni kabriolet olmayacaq və cəmi 20 nüsxədə buraxılacaq.

Eyni zamanda, gələn il yenilənmiş Mercedes-AMG G 63 təqdim ediləcək. “Bərkgedən” ofrouder yeni mühərriki alacaq – bu, GLE 63 S 4Matic krossoverindən götürülmüş 48 voltluq EQ Boost startyor-generatoru ilə tamamlanan 4,0-litrlik V8 biturbomühərrikidir.

Tenneco şirkətinin tədarük etdiyi kinetik asqıda stabilizatorun rolunu, amortizatorları birləşdirən hidravlik xətlər yerinə yetirirlər.

Autograph.az

 

 

 

Bunları da oxuyun

Şərh əlavə et