Avtomobil adı açıqlanmayan Koenigsegg müştərisi üçün yaradılıb, layihənin qiyməti də məlum deyil. Odin şirkəti avtomobilin qızıl elementlərinə cavabdeh idi və layihənin özü Jesko Odin adlanır.
Koenigsegg Jesko hiperkarı 2019-cu il Cenevrə avtosalonunda təqdim edilib. Avtomobil təxminən 1600 at gücünə malik beş litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib və bu, 9-pilləli transmissiya ilə birləşdirilib.
Bildirilir ki, ən güclü konfiqurasiya olanJesko Absolut 480 km/saatdan yuxarı sürət yığa bilər və hətta nəzəri olaraq, uyğun şəraitdə bu avtomobil 530-560 km/saata qədər sürətlənməyə qadirdir.
Qeyd edək ki, Jesko modellərindən ümumi 125 ədəd istehsal edilməsi nəzərdə tutulub və qiyməti 3 milyon dollardan başlayır. Avtomobil şirkətin qurucusu Kristian von Köeniqseqin atası Jesko von Köeniqseqin şərəfinə adlandırılıb. Əsas dizayneri də məhz Kristiandır…
[…] edək ki, isveçli hiperkar istehsalçısı bu yaxınlarda bəzi detalları qızılla işlənmiş Jesko Odin variantını də təqdim […]