Əvvəlcə o, xüsusiyyətləri belə aqressiv idman görünüşünə elə də uyğun gəlməyən yeganə hibrid versiyada debüt edib. Bu çatışmazlığı aradan qaldırmaq yeni modifikasiyaya – Crown Sport RS plagin hibridinə həvalə edilib.
Baza versiyasında olduğu kimi, güc qurğusu özündə 2,5-litrlik atmosfer mühərrikini, ön oxdakı elektromexaniki variatoru və arxa oxdakı ayrıca elektrik mühərrikini birləşdirir. Üstəlik, RS krossoverindəki arxa mühərrik adi hibriddəki ilə eynidir (54 at qüvvəsi, 121 Nm), daxili yanma mühərrikinin hasilatı isə hətta bir qədər azalıb – 186 at qüvvəsi və 221 Nm-dən 177 at qüvvəsi və 219 Nm-ə qədər.
Bununla birlikdə, ön hissədəki elektromexaniki variatorda daha səmərəli bir mühərrik quraşdırılıdıb: o, baza hibridindəki 120 at qüvvəsi və 202 Nm əvəzinə 182 at qüvvəsi və 270 Nm hasil edir. Nəticədə hibrid qurğunun maksimal gücü 234-dən 306 at qüvvəsinə qədər artırılıb.
Plagin hibrid 5 Amper-saatlıq nikel-metal hidrid batareyasının əvəzinə 51 Amper-saatlıq (və ya 14,85 kilovatt/saatlıq) daha böyük litium-ion batareyasını alıb. O, elektrik dartması ilə 90 kilometrlik yürüşü təmin etmək iqtidarındadır, enerji ehtiyatını 80%-ə çatdırmaq üçün isə, 38 dəqiqəlik “sürətli” şarj tələb olunur. Tam dolu 55 litrlik yanacaq çəni ilə birlikdə ümumi yürüş mənzili 1200 kilometrdən çox ola bilər.
Qara rəngli 21-düymlük təkər diskləri ön oxdakı altı porşenli əyləcləri gizlədirlər. Bütün bu atributlar RS versiyasını krossoverin adındakı “idman” kəlməsinə yaxınlaşdırmağa xidmət edir. Bununla belə, təkrar doldurulan hibridin boş çəkisi baza versiyası ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb: 1810-a qarşı 2030 kiloqram.
Artıq qeyd olunan təkər diskləri və parlaq qırmızı rəngə boyanmış əyləc supportlarına əlavə olaraq, Crown Sport RS versiyası baza hibridindən yalnız kuzovun üzərindəki nişanlar ilə fərqlənir.
Salonda idman profilli oturacaqlar, qara-qırmızı tərtibat və qırmızı rəngli təhlükəsizlik kəmərləri var.
Yaponiyada artıq Toyota Crown Sport RS krossoverinə sifarişlər qəbul edilir. Plagin hibirdin qiyməti 7.650.000 yen (52.900 dollar) təşkil edir. Xatırlada ki, baza versiyasının qiyməti 5.900.000 yendən (40 800 dollar) başlayır.
Autograph.az
Şərh əlavə et