McLaren GT-nin əvəzləyicisi təqdim edilib

McLaren GT-nin əvəzləyicisi təqdim edilib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren GT-ni əvəz edəcək ən son modeli GTS idman avtomobilini təqdim edib. Avtomobilin yaradıcıları iddia edirlər ki, o superkar dinamikasını və gündəlik sürmək üçün rahatlığı özündə birləşdirir.

“McLaren GTS dinamika və performansın incəlik və praktikliyin misilsiz birləşməsidir. Əsl superkar sürmək təcrübəsi istəyirsinizsə, GTS onu sizə verir. Əgər siz uzun, rahat bir səyahətə çıxmaq istəyirsinizsə, GTS mükəmməl yoldaşdır”, – deyə McLaren Automotive-in baş icraçı direktoru Maykl Leyters bildirib.

Avtomobil karbon lifli monokok ətrafında qurulub. GTS 635 at gücü hasil edən 4,0 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib ki, bu da McLaren GT-nin güc qurğusundan 15 at gücü daha çoxdur. Eyni zamanda, yeni məhsul sələfindən 10 kiloqram yüngüldür – çəkisi 1520 kiloqramdır. Bunun sayəsində GTS hər ton çəkiyə 418 at gücünə malikdir.

Avtomobilin maksimal sürəti barədə məlumat verilmir, lakin məlumdur ki, o, 100 km/saata 3,2 saniyəyə sürətlənir, 200 km/saat həddinə isə 8,9 saniyəyə çatır. Bildirilir ki, tədarüklər 2024-cü ildə başlayacaq, lakin qiyməti hələ açıqlamayıb. GT üzərindəki çoxsaylı təkmilləşdirmələri nəzərə alsaq, düşünürük ki, siz onu hər cür arzuolunan seçimlərlə fərdiləşdirməyə başladıqdan sonra qiym’ti 210.000 dollardan xeyli yuxarı qalxacaq…

Bunları da oxuyun

Şərh əlavə et