Yeni Bugatti hiperkarı V16 mühərrikini alacaq

Rauf Hacıyev 19 Dekabr 2023, 15:20
Yeni Bugatti hiperkarı V16 mühərrikini alacaq
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bugatti Chiron hiperkarının varisi haqqında dolaşan şayiələrə görə, yeni hiperkar səkkizsilindrli daxili yanma mühərrikinə əsaslanan hibrid güc qurğusunu almalı idi.

Lakin bu günlərdə peyda olan yeni məlumat bunu təkzib edir – bəli, güc aqreqatı hibrid olacaq, lakin o Rimac və Cosworth şirkətlərinin birgə hazırladığı yeni 8,3-litrlik V16 mühərrikinə əsaslanacaq.

Daxili yanma mühərrikinin gücü təxminən 1000 at qüvvəsi olacaq, daha 800 at qüvvəsini elektrik mühərrikləri təmin etməlidirlər. Beləliklə, yenilik hasilat baxımından Bugatti Bolide prototipinə yaxın olmalıdır. Xatırladaq ki, prototipin yarış benzini ilə çalışan güc aqreqatı 1850 at qüvvəsi və 1850 Nm fırlanma anı hasil edir.

Gələcək Bugatti hiperkarının “şəffaf” cihazlar panelinə sahib olacağı və 250 nüsxəlik tirajla buraxılacağı artıq məlumdur. Bu, Chiron hiperkarının tirajından iki dəfə azdır. Müqayisə üçün, Chiron hiperkarının 500 nüsxəlik tirajla buraxılması planlaşdırılıb, Veyron hiperkarı isə, dünya üzrə ümumilikdə 450 nüsxədə satılıb.

Yeni hiperkarın təqdimatı 2024-cü ilin yazında baş tutmalıdır. Buna baxmayaraq, potensial alıcılar artıq yeni hiperkarla tanış olmağa imkan tapıblar. Çox güman ki, həmin vaxta qədər onun tirajının əksər hissəsi satılacaq. Bugatti şirkətinin illik istehsal həcmi çox kiçikdir və alıcılar avtomobillərini uzun müddət gözləməli olacaqlar – adətən qəbul edilmiş sifarişin yerinə yetirilməsi təxminən iki il çəkir.

Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et