Boyama texnikası Vagues de Lumière adlanır və bir aydan çox vaxt tələb edir. Zolaqlar əvvəlcədən hazırlanmış ikiölçülü şablonlara uyğun olaraq çəkilirlər. Sonra onlar qoruyucu lak təbəqələri ilə örtülür, nəticədə əks olunan işıq effekti yaranır. Bu effekt hər bir avtomobil üçün unikaldır, çünki dizaynerlər hər dəfə kuzovun formasını və müştərinin istəklərini nəzərə almalı olurlar.
Bugatti keçən ildən etibarən Vagues de Lumière (fransızcadan tərcümədə “işıq dalğaları”) boyama sxemindən istifadə edir. Bu, vurulma prosesi təxminən beş həftə davam edən xüsusi lak-boya örtüyüdür. Boya əvvəlcədən hazırlanmış ikiölçülü şablonlara uyğun olaraq əl ilə bir neçə təbəqədə vurulur.
Lazım gəldikdə, zolaqlar düzəldici lentdən istifadə olunaraq istənilən formaya gətirlirlər. Son mərhələdə kuzov bir neçə qat şəffaf lak ilə örtülür. Hər bir avtomobil üçün unikal sayılan əks olunan işıq effekti kimi bir şey ortaya çıxır.
Şəkillərdəki Chiron Super Sport hiperkarları əldə olunan nəticəni əks etdirirlər. Hər iki hiperkar evli cütlüyə aiddir. Xanımın narıncı-qırmızı rəngli avtomobilinin ilham mənbəyi Bugatti Veyron L’Or Blanc olub. Onun həyat yoldaşı isə, necə deyərlər, coup de foudre (fransızcadan – “ilk baxışdan məhəbbət”) yaşayıb və öz Chiron hiperkarını eyni üslubda yenidən tərtib etmək qərarına gəlib.
Avtomobillər ABŞ-ın Tennessi ştatından Fransanın Molsheim şəhərinə, hazır olduqdan sonra isə geri göndəriliblər. Zavodda onlar tamamilə sökülüb, kuzov panellərinin bir hissəsi dəyişdirilib və Sky View panoram damı quraşdırılıb.
Transformasiya prosesi ümumilikdə yeddi ay çəkib. İndi hiperkar 10 faizlik tündləşdirməsi olan karbonplastikdən hazırlanmış və French Racing Blue zolaqları olan kuzova malikdir.
Rənglərin bu birləşməsi gecə səmasında şimşək çaxmasına bənzəyir, buna görə də avtomobil Coup de Foudre (fransızcadan ikinci tərcüməsi – şimşək çaxması) adını alıb. Narıncı hiperkar isə, öz növbəsində, L’aura və ya “Aura” adlanır.
Şərh əlavə et