Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 2023-cü il mövsümündə Aston Martin-lə 8 dəfə podiuma yüksəlib və mövsümü 4-cü yerdə bitirib.
Verilişlərin birində Robert Kubitsaya Alonso ilə Həmilton arasında seçim etməsi istənilib. Polşalı sabiq sürücü isə düşünməfən Alonso deyib. O, bu seçimi etməkdə çətinlik çəkməyib, çünki Robertin fikrincə ispaniyalı sürücü Formula1-də ən güclüdür.
Bu sorğuya daha sonra üçqat Dünya Çempionu və bu il 19 yarış keçirərək, rekord qıran Maks Ferstappen də daxil edilib. Polşalı veteran sürücünün fikri yenə dəyişməyib: “Fikrim dəyişməyəcək, çünki mənim fikrimə görə Alonso güclü olmayan maşınla belə peletonun ən güclüsüdür”.
Aston Martin komandasının rəhbəri Mayk Krak isə Alonso barədə belə danışıb:
“Doğrudan da çox yaxşıdır. Təzə gələndə elə bilirdim ki, bu bal ayı kimidir. Ancaq komanda olaraq çətin dövrlər keçirdik və bu komandanın, Lənsin və Fernandonun əsl gücünü göstərdi. Bir-birimizə bağlandıq.
Doğrudan da çətin zamanlar idi. Münasibətimiz bunun hesabına daha da gücləndi. Hər iki sürücü komandadakı əsas problemləri tapmaqda həmfikir idi. Həmişə çox yaradıcı oldular”.
Şərh əlavə et