Avropada ilin avtomobili mükafatını kim qazanacaq?

Rauf Hacıyev 03 Dekabr 2023, 18:44
Avropada ilin avtomobili mükafatını kim qazanacaq?
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

“Avropada ilin avtomobili” (Car of the Year 2024) müsabiqəsinin 59 jurnalistdən ibarət münsiflər heyəti finala çıxmış yeddi avtomobilin siyahısını dərc edib.

Finalçılar ən azı beş Avropa ölkəsində satılan və sınaq sürüşü üçün əlçatan olan 28 model arasından seçiliblər. Növbəti səsvermə onların arasındakı ən yaxşı avtomobili müəyyən edəcək. Qalibin adı fevral ayında keçiriləcək Cenevrə avtosalonunda açıqlanacaq.

Qələbə uğrunda mübarizə aparacaq namizədlərin siyahısına bir neçə elektromobil daxildir: Peugeot e-3008, Renault Scenic, Volvo EX30 və Kia EV9. Finalçların arasında bir Çin avtomobili – BYD Seal elektrik sedanı da var.

Xatırladaq ki, keçən ilin qısa siyahıda “çinlilər” olmayıb. Bundan əlavə, Toyota C-HR və BMW 5-Series modelləri də Avropada ilin avtomobili adı uğrunda mübarizə aparacaqlar.

Ötən il “İlin avtomobili” müsabiqəsinin qalibi amerikan avtomobili olub – Jeep ilk dəfə olaraq ən yaxşı avtomobil kimi tanınıb. Avenger elektrik krossoveri 328 xal toplayaraq Volkswagen ID.Buzz və Nissan Ariya elektrokarlarını geridə qoyub.

Ruslan Musayev

 

Bunları da oxuyun

Şərh əlavə et