Kokpit.az xatırladır ki, Valtteri Bottas və Quanyu Çjou 2023-cü il mövsümündə cəmi 16 xal toplaya biliblər. Alfa Romeo komandası mövsümü 9-cu, Bottas 15-ci, Çjou isə 18-ci yerdə bitirib.
Bu, Bottasın 2013-cü ildə Williams-da əldə etdiyi 17-cilikdən sonra ən pis mövsümüdür. Buna görə də finlandiyalı sürücü növbəti mövsümdə vacib dəyişikliklər gözləyir.
Valtteri Bottas: “Yeni maşına ehtiyacımız var. Bu ildən dərs çıxardığımızı göstərmək üçün yeni maşın fərqlənməlidir. Bu maşınla sona gəldik və mövsüm ərzində heç inkişaf etdirə bilmədik. Buna görə də iyeni konsept tamamilə fərqlənməlidir”.
Valtteri Bottas 19-cu yeri tutduğu Əbu Dabi yarışı barədə belə danışıb: “Başladığım yerə görə tərs strategiya tətbiq etməli idik. Ancaq yarış sakit keçdi və təhlükəsizlik maşını çıxmadı.
Sonda tək pit-stop elədik və işə yaramadı, çünki təkərləri işlədə bilmədik. Xüsusən də sonda yeyilməyə başlayan Medium təkərlə çətinlik çəkdik. Buna görə də yavaş idik. Əslində təkərlər yaxşı vəziyyətdə olanda belə tempimiz yaxşı deyildi”.
Şərh əlavə et