Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Bu uğuru təkrarlamaq çətin olacaq

Çempionluğu xeyli əvvəldən təmin etmiş Red Bull-un niderlandlı sürücüsü Əbu Dabidə də qalib gələrək mövsümü 19 zəfərlə başa vurub və bir mövsümdəki qələbə sayına görə rekordunu daha da inkiaş etdirib.

Maks Ferstappen: “Əlbəttə, bu, inanılmaz bir mövsüm idi! Son dövrədə bir az emosional oldum, çünki mənə çox şey verən bu maşını sonuncu dəfə sürürdüm. Əlbəttə ki, bu yarışda qalib gəldiyim üçün çox qürur duyuram, lakin Red Bull-da hər kəsə dərin təşəkkürümü bildirməliyəm!

İnanılmaz bir il idi, onu təkrarlamaq çox çətin olacaq və biz bunu başa düşürük, ona görə də indi uğurdan tam həzz almalıyıq. Əlbəttə ki, siz həmişə daha çox şey əldə etmək istəyirsiniz, lakin irəliləyiş həmişə yalnız yarışlarda və çempionatda qələbələrlə ölçülmür.

Gələn il yenidən rəqabətədavamlı maşınımızın olmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, digər komandalar bizi məğlub etməyə çalışacaqlar. Amma biz belə rəqabətə hazırıq. Bu arada, bu mövsümün sonundan həzz almalıyıq!”

Ervin Əliyev

Şərh əlavə et