Xəbəri Kokpitdə Oxuyun!

Lekler komandasına minnətdardır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, çempionatda ikinciliyi itirsələr də, yarışdan həzz alıblar.

Kokpit.az xatırladır ki, mövsümün son yarışı Əbu Dabidən əvvəl ikinci yer uğrunda mübarizədə Mercedes və Ferrari arasında 4 xal fərq var idi. Yarış ərzində ikincilik əl dəyişdirsə də, sonda Mercedes komandası 3 xal öndə qalaraq, ikinciliyi təmin edib.

Şarl Lekler: “Çekonun 5 saniyəlik cəzası var idi və buna görə də ona kömək etməli idik. DRS və hava kisəsi versəm də, kömək olmadı.

Bir yandan belə həftəsonu keçirdiyimiz üçün çox sevincliyəm, çünki bundan yaxşı nəticə mümkün deyildi. Buraya ikinci komanda kimi gələcəyimiz şübhəli idi və hər şeyi doğru etdik. Strategiya, sıralanma…

Mühəndislər Kubokunda üçüncü ola bilmədiyimiz üçün məyusam. Mövsümün sonunda mənim üçün tək vacib şey bu idi. Bunu bacara bilmədik.

Əla iş gördükləri üçün komandama təşəkkür edirəm. Çətin mövsüm olacağını bilirdik, çünki gözləntilərimiz qarşılanmamışdı. Performansımız istədiyimiz səviyyədə deyildi. Yenə də komandamız ilk yarışdan etibarən əla işlədi”.

Rauf Hacıyev

Şərh əlavə et