Kokpit.az xatırladır ki, mövsümün son yarışı Əbu Dabidən əvvəl ikinci yer uğrunda mübarizədə Mercedes və Ferrari arasında 4 xal fərq var idi. Yarış ərzində ikincilik əl dəyişdirsə də, sonda Mercedes komandası 3 xal öndə qalaraq, ikinciliyi təmin edib.
Corc Rassell: “Bunun mənası çox böyükdür. Bazada bu uğuru qazanmaq üçün işləyən çoxlu insanlar var. Doğrudan da çətin mövsüm idi. Bu il bir az məyus oldum. Buna görə də podium qazandığım üçün sevincliyəm.
Sonlara doğru Çeko ilə bir-birimizə çox yaxın idik. Düşündüm ki, Şarl məni arxasında tutacaq, amma təmiz yarışdığı üçün ona hörmət edirəm. Artıq rahatlanmışam.
İkinci pitdən sonra Çeko ortaya çıxdı. Nə baş verdiyini bilmirəm, ancaq templəri əla idi. Sonlara yaxın çox gərgin idim. Təkərlərin tempi getdikcə düşürdü. Amma komanda üçün ikinci yeri təmin etdiyim üçün çox sevincliyəm. Əminəm ki, bu gecə bir neçə qədəh içki içəcəyik.
Son dövrələrdə özümü yaxşı hiss etmirdim. Böyük ehtimalla dövrə başına 4 dəfə öskürürdüm. Buna görə də çox pis halda idim. Ancaq finiş xəttini üçün keçmək məni rahatlatdı”.
Şərh əlavə et