Qeyd edək ki, ispan sürücü cari mövsümdə 8 dəfə podiuma yüksəlib, son yarış öncəsi 200 xalla həmyerlisi Karlos Saynsla 4-5-ci yerləri bölüşür.
Fernando Alonso: “Bu mövsümdəki çıxışımdan çox razıyam. Düşünürəm ki, 2012-ci il şəxsən mənim üçün ən yaxşı il olub, amma bu il də çox yaxşıdır. Mən motivasiyalı idim, yaxşı formada idim və əla pilotajlıq nümayiş etdirdim.
Bəhreyn, Monako, Kanada, Montsa və Braziliya bu il ilk beş yarış arasında yer alacaq. Mən Montsanı xüsusilə vurğuladım, baxmayaraq ki, orada yalnız doqquzuncu oldum. Bu yarış podiumla nəticələnməmişdi, insanların xatırlayacağı bir şey deyildi, amma Montsada bizim maşınımız sürət baxımından ən pis və ya ikinci ən pis idi, amma xal qazana bildim.
Hansısa yarışda qalib gələ bilərdikmi? Yəqin ki, bəli. Monakoda şanslar böyük idi, ancaq təkərləri dəyişmək lazım idi. Zandfortda da şans var idi. Mən yalnız müsbətləri görürəm. Mübarizə bizim işimizin bir hissəsidir, bu komandanın səyahətinin bir hissəsidir. Mövsümə təəccüblü dərəcədə rəqabətli bir maşınla yaxşı başladıq. Mercedes və Ferrari ilə mübarizə apardıq. Ola bilsin ki, mövsüm ərzində bolidin inkişafı baxımından bir az uduzduq.
Biz hələ ən yüksək səviyyədə deyilik və ilin sonunda o qədər də sürətli olmadıq. Ancaq 12 ay əvvəl hər şeyin bu qədər gözəl olacağını təsəvvür edə bilməzdik. Keçən il burada komanda ilə yarışdan sonrakı testləri çox yaxşı xatırlayıram. Kimsə desəydi ki, biz bugünkü vəziyyətdə olacağıq, inanmazdım”.
Şərh əlavə et