Xaotik hava şəraitinin damğasını vurduğu yarışdan sonra podiumda danışan Həmilton başlanğıcda səhv təkər seçimi səbəbindən çoxlu mövqe itirməsinə baxmayaraq, mübarizədən əl çəkmədiyini və pit-stoplar zamanı komandanın gördüyü əla iş sayəsində geri dönməyi bacardıqlarını deyib.
Yarışda geridönüş edərək üçüncü yeri qazanan Lyuis Həmilton deyib: “Maksı ürəkdən təbrik edirəm.
Həqiqətən də çox çətin yarış idi. Başlanğıcda yanlış qərar verdik və bu, işləri çox çətinləşdirdi.
Hamının fərqi artırdığını görə bilirdim. Ekranda bir dəqiqə geridə olduğumu görəndə yarışın bizim üçün bitdiyini düşündüm. Lakin təslim olmadım və sadəcə qarşıma baxdım. Komanda pit-stoplarda möhtəşəm iş gördü. Çoxlu təkər dəyişimi və böyük qarışıqlıq yaşandı.
Düzünü desəm, bu trekdə keçirdiyim bütün illər ərzində ən yaxşı yarış bu idi. Xüsusilə də möhtəşəm azarkeşlərə görə. Hər kəsə çox təşəkkür edirəm”.




Şərh əlavə et