Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Çətinlik çəkdik

Mercedes komandasının pilotu Kimi Antonelli Malayziyada keçirilən Bəhreyn Qran Prisini ikinci pillədə başa vurduqdan sonra açıqlamalar verib.

İtalyan sürücü  yarışda əldə edə biləcəkləri ən yaxşı nəticənin ikinci yer olduğunu bildirib və Maks Ferstappenlə Red Bull-u uğurlu həftəsonuna görə təbrik edib.

Çempionatın lideri Kimi Antonelli yarışdan sonra deyib: “Bu gün maksimum nəticə qazandıq.

Maksı və Red Bull-u möhtəşəm həftəsonuna görə təbrik edirəm. Açığı, bizim tərəfdə görüləsi çox iş var. Həmişəkindən daha çox çətinlik çəkdik. Buna baxmayaraq, buradan ikinci yerlə ayrıldığım üçün xoşbəxtəm”.

Rauf Hacıyev

Şərh əlavə et