M.Ferstappen: Bu qələbə əla oldu

M.Ferstappen: Bu qələbə əla oldu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Əlverişsiz hava şəraiti səbəbindən təxminən bir saat yarım gecikmə ilə başlayan və xaotik keçən Bəhreyn Qran Prisinin qalibi Maks Ferstappen yarışdan sonra hisslərini bölüşüb.

Malayziyada keçirilən Bəhreyn Qran Prisi dördqat dünya çempionu Maks Ferstappenin 2026-cı ildə ilk qələbəsinə səhnə olub. Red Bull pilotu yağış və texniki problemlərin damğasını vurduğu yarışda qələbə qazandıqdan sonra podiumda açıqlamalar verib.

Keçirdikləri çətin dövrdən sonra əldə olunan qələbənin xüsusi əhəmiyyət daşıdığını vurğulayan niderlandlı pilot yarışın əvvəlində yaşanan qeyri-müəyyənliyə baxmayaraq, düzgün strategiya ilə nəzarəti əldən vermədiklərini bildirib.

Qələbədən sonra danışan Maks Ferstappen deyib:“ Geridə qoyduğumuz il və əldə etdiyimiz inkişafdan sonra bu, həqiqətən möhtəşəm qələbə oldu.

Burada qələbə qazanmaq çox gözəldir. Hamımızla inanılmaz dərəcədə fəxr edirəm.

Yarışın əvvəlində çox fərqli hadisələrin baş verdiyi kifayət qədər xaotik vəziyyət yarandı. Yağış altında keçirilən ilk formasiya dövrəsində qəfildən güc kəsildi.

Keçid təkərlərindən istifadə etməklə düzgün qərar verdik. Daha sonra addım-addım tempimizi artıraraq qələbəni əldə etdik.

Liderliyə yüksəldikdən sonra təhlükəsizlik avtomobili rejimi tətbiq olundu, lakin hər şeyi nəzarətdə saxlamağı bacardıq”.

Bunları da oxuyun

Şərh əlavə et