Las Veqas 2023: Şouya ən öndən Lekler başlayacaq

Las Veqas 2023: Şouya ən öndən Lekler başlayacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Yeni trasda ilk təsnifat mərhələsi həmişə maraqlı olur. Xüsusilə də, yeni, sürüşkən asfalt və maneələrlə əhatə olunmuş yüksək sürətli şəhər magistralıdırsa.

Komandalar yeni sazlanmalar tapdıqca, güc balansları da dəyişib. Lakin əylənmə zonalarında sürüşmələr olduğundan, heç kimin tam nəticə əldə etdiyini demək olmaz.

Başladıqdan bir qədər sonra məcburi dayandırılan ilk məşqlərdə və buna görə 1.5 saat davam edən ikinci məşqlərdə Şarl Lekler, son məşqlərdə isə Corc Rassell hamıdan sürətli olub.

Pirelli buraya ən yumşaq təkərləri gətirib – Hard, Medium və Soft rollarında müvafiq olaraq, C3, C4 və C5 tərkibləri çıxış ediblər. Lakin sürücülər məşqlərdə Hard təkərlərdən demək olar ki, istifadə etməyiblər – soyuq asfaltda çox sərt olublar.

İlk sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Ciddi insident olmayıb. Piastri maneəyə sürtünərək keçib. Tsunoda, Rassell və Norrisin nəticələri tras hüdudlarını pozduqları üçün ləğv edilib. Leklerin 1:33.617-lik dövrəsi ən yaxşı olub. Tsunoda, Piastri, Çjou, Okon və Norris mübarizəni dayandırıblar.

İkinci sessuyada da hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Alonso əvvəlcə hamını üstələsə də, protokollara Lekler başçılıq edib – 1:32.775. Rikkardo, Stroll, Hülkenberq, Peres və Həmilton ilk onluğa düşə bilməyiblər.

Son sessiyada da sürücülərin təkər seçimi dəyişməyib. Ferrari-nin monakolu sürücüsü finalda da əlçatmaz olub – 1.32.726 ilə həftəsonunun ən yaxşı nəticəsini gösətərib.

Beləliklə, Şarl Lekler mövsümdə 5-ci, karyerasında isə 23-cü poulunu rəsmiləşdirib. İkinci yeri Karlos Sayns tutsa da, 10 yer itirmək cəzası aldığı üçün sabahkı yarışa ön cərgədən başlayacaq digər sürücü Maks Ferstappendir. İkinci cərgədən Rassell və Qasli, üçüncüdən isə Elbon və Sarcent başlayacaq. Qeyd edək ki, bu, Loqanın ən yaxşı sıralanma turu performansıdır.

Sabah bizi olduqca maraqlı bir yarış gözləyir…

Yer Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Zaman Dövrə Zaman Dövrə Zaman Dövrə
1 Şarl Lekler Ferrari 1:33.617 8 1:32.775 9 1:32.726 6
2 Karlos Sayns Ferrari 1:33.851 8 1:33.338 8 1:32.770 7
3 Maks Ferstappen Red Bull 1:34.190 8 1:33.572 6 1:33.104 5
4 Corc Rassell Mercedes 1:34.137 8 1:33.351 7 1:33.112 7
5 Pyer Qasli Alpine 1:34.272 10 1:33.494 8 1:33.239 7
6 Aleksander Elbon Williams 1:34.634 8 1:33.588 8 1:33.323 5
7 Loqan Sarcent Williams 1:34.525 10 1:33.733 8 1:33.513 5
8 Valtteri Bottas Alfa Romeo 1:34.305 9 1:33.809 6 1:33.525 4
9 Kevin Maqnussen Haas 1:34.337 10 1:33.664 7 1:33.537 6
10 Fernando Alonso Aston Martin 1:34.422 9 1:33.617 8 1:33.555 7
11 Lyuis Həmilton Mercedes 1:34.307 8 1:33.837 7
12 Serxio Peres Red Bull 1:34.574 8 1:33.855 6
13 Niko Hülkenberq Haas 1:34.265 10 1:33.979 7
14 Ləns Stroll Aston Martin 1:34.504 10 1:34.199 8
15 Daniel Rikkardo AlphaTauri 1:34.683 10 1:34.308 8
16 Lando Norris McLaren 1:34.703 9
17 Esteban Okon Alpine 1:34.834 10
18 Quanyu Çjou Alfa Romeo 1:34.849 10
19 Oskar Piastri McLaren 1:34.850 10
20 Yuki Tsunoda AlphaTauri 1:36.447 9

 

Bunları da oxuyun

Şərh əlavə et