F.Kolapinto: Bakıda maraqlı hadisələr olur

F.Kolapinto: Bakıda maraqlı hadisələr olur
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandasının sürücüsü Franko Kolapinto bildirib ki, Bakıda maraqlı hadisələr baş verir.

Kokpit.az xatırladır ki, argentinalı sürücü Formula 1 karyerasının ilk xallarını 2024-cü ilin Azərbaycan Qran Prisində qazanmışdı.

Franko Kolapinto: “Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, yenidən rəqabətədavamlı səviyyədə həftəsonu keçirəcəyik. Madrinqdə imkanlarımızdan maksimum yararlandıq. Mövsümün Avropa hissəsini daha bir güclü nəticə və qazanılan xallarla başa vurduğum üçün çox məmnun idim.

Bakı trasında sürətli hissələr şəhər sektorları ilə birləşir və burada divarlar bolidə çox yaxın yerləşir. Buna görə də İspaniyada nümayiş etdirdiyimiz sürəti qorumağa çalışacağıq. Qarşıdakı həftələrdə bizi çox sıx qrafik gözləyir və qarşımıza çıxan hər fürsətdən istifadə etmək vacibdir.

Son illərdə Bakıda tez-tez maraqlı yarışlar keçirilir. Ən əlverişli mövqedə olmaq və şanslarımızdan yararlanmaq üçün bütün gücümüzü səfərbər edəcəyik. Məqsədimiz yenidən ilk onluqda finiş görmək və Konstruktorlar Kubokunda rəqiblərimizlə aramızdakı fərqi azaltmağa davam etməkdir”.

Bunları da oxuyun

Şərh əlavə et