A.Komatsu: Bakının xüsusi tarixi var

A.Komatsu: Bakının xüsusi tarixi var
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas F1 komandası Bakı Şəhər Halqasında keçiriləcək Azərbaycan Qran Prisinə hazırlaşır. Bakı Şəhər Halqası yüksək sürətlərin əldə olunduğu uzun düzlükləri, 90 dərəcəlik döngələrdən əvvəlki sərt əyləclənmə zonaları və çempionatın bütün təqvimində ən dar hissəsi ilə seçilir. Bu hissə qədim Qala Divarları boyunca uzanır.

Bu il həftəsonunun cədvəli də bir qədər fərqlidir. Yarış bazar günü deyil, şənbə günü keçiriləcək. Buna görə də ilk məşq sessiyaları cümə axşamı, sıralama turları isə cümə günü baş tutacaq.

Ayо Komatsu, Hass komandasının rəhbəri: “Məncə, Madrinqdə keçirilən əvvəlki mərhələdə komandamız inamlı çıxış edib. Bazar günü xal qazana bilmədiyimiz üçün məyus olsaq da, yarışda yaxşı temp nümayiş etdirdik. Bu, Monzada başladığımız inkişafın davamı olaraq ciddi irəliləyiş idi.

Bu, komandanın son texniki yeniliklərə çox sürətlə uyğunlaşdığını göstərir. Həmin yeniliklər həqiqətən də effektiv oldu.

İndi Azərbaycan Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasına yollanırıq. Bu yarışın xüsusi tarixi və özünəməxsus atmosferi var. Hər kəs bu həftəsonunu səbirsizliklə gözləyir.

Çətin şəhər trasında həm uzun düzlüklər, həm də İçərişəhərdə yerləşən çox dar hissələr var. Buna görə də mühəndislər bolidi düzgün sazlamaq üçün mürəkkəb məsələləri həll etməlidirlər.

Monza və Madrinqdə başlayan irəliləyişi davam etdirmək niyyətindəyik. Məqsədimiz hadisələrin istənilən ssenari üzrə inkişaf edə biləcəyi trasda VF-26-nın potensialını tam şəkildə üzə çıxarmaqdır”.

Bunları da oxuyun

Şərh əlavə et