E.Okon: Bakıda möhtəşəm tras var

E.Okon: Bakıda möhtəşəm tras var
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas komandasının sürücüsü Esteban Okon Bakı Şəhər Halqası trasına təriflər yağdırıb.

 

Kokpit.az xatırladır ki,fransalı sürücü bu mövsüm heç də gözləntiləri qarşılamır. Hətta onun Haas komandasından göndəriləcəyi, yerinə isə Leonardo Fornaroli və ya Rafael Kamaranın gətirələcəyi iddia edilir. Buna görə də, 30 yaşlı pilot paytaxtımızda özünü yaxşı tərəfdən göstərmək istəyir.

Esteban Okon: “Son vaxtlar komandamız yaxşı çıxış edir və bu, ümidvericidir. Düzgün istiqamətdə işləyirik, bolidimiz sabitdir, texniki yeniliklər də öz təsirini göstərir.

Qarşıda ardıcıl üç yarış var və bu seriyaya yaxşı hazırlaşmaq, tam istirahət etməyə çalışmaq və düzgün psixoloji köklənməni qorumaq vacibdir. Bu, komandadakı hər kəsə aiddir.

Əslində, qarşıdakı üç həftə ərzində kollektiv daha da möhkəmlənə bilər. Çünki müəyyən iş ritminə daxil oluruq və mövsümün bu mərhələsində artıq bir-birimizi yaxşı başa düşürük.

Bakıda maraqlı və çətin, möhtəşəm tras var. Madrinqdə olduğu kimi, burada da tempi bütün sessiyalar ərzində tədricən artırmaq lazımdır. Çünki səhvlər çox baha başa gəlir. Artıq işə başlamaq üçün səbirsizlənirəm”.

Bunları da oxuyun

Şərh əlavə et