FIA 2027-ci il üçün qayda dəyişikliklərini təsdiqləyib

FIA 2027-ci il üçün qayda dəyişikliklərini təsdiqləyib
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RasselMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HacarRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BirmanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Müzakirələrin əsas mövzusu 2026 və 2027-ci illər üçün qaydalara ediləcək dəyişikliklər olub. Cari mövsümlə bağlı idman və maliyyə reqlamentlərinə kiçik düzəlişlər razılaşdırılıb. Lakin FIA-nın mətbuat xidməti bu dəyişikliklərin mahiyyətini açıqlamayıb.

2027-ci ildə yarış məsafəsi qısaldılacaq

2027-ci il reqlamentinə daha əhəmiyyətli düzəlişlər edilib. Güc qurğularında yanacaq sərfiyyatı ilə bağlı texniki qaydalardakı dəyişikliklər nəzərə alınaraq, Formula 1 Komissiyası yarışın ümumi məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsini təsdiqləyib. Bu, trasdan asılı olaraq yarışın təxminən iki və ya üç dövrə qısalması deməkdir.

Bundan əlavə, gələn mövsümdən yarışın müddətini tənzimləyən yeni qayda tətbiq olunacaq. Yağış və ya digər səbəblərdən yarış dayandırılarsa, trasdakı bütün yarış fəaliyyətinin başa çatdırılması üçün sərt vaxt məhdudiyyətləri müəyyənləşdiriləcək.

Hazırda qüvvədə olan və startdan finişə qədər bütün dayanacaqlar daxil olmaqla yarışın üç saatdan çox davam etməsinə icazə verməyən məhdudiyyət ləğv ediləcək. Bununla belə, iki saatlıq xalis yarış müddəti limiti qüvvədə qalacaq.

Formula 1 Komissiyasının fikrincə, bu dəyişikliklər yağış və ya digər maneələrə baxmayaraq tamaşaçılara tam yarış izləmək üçün daha çox imkan yaradacaq.

Həmçinin sərbəst yürüşlər dayandırıldığı halda komandalar onların müddətini uzatmaq üçün daha geniş imkanlar əldə edəcəklər.

2027-ci il üçün ötürmələr qutularının homologasiyası ləğv edilib

İstehsalçıların nümayəndələrindən ibarət işçi qrupla aparılan məsləhətləşmələrdən və İdman üzrə Məsləhət Komitəsinin tövsiyəsindən sonra 2027-ci il üçün ötürmələr qutularının homologasiyasının ləğv edilməsi qərara alınıb.

Bu addım istehsalçılara ötürmələr qutularının hazırlanmasında daha çox sərbəstlik verəcək. Bundan əlavə, 2027-ci il texniki reqlamentinə bir sıra kiçik dəyişikliklər də daxil ediləcək.

Bu gün qəbul edilən bütün qərarlar FIA-nın Ümundünya Avtoidman Şurasının iclasında təsdiqlənməlidir.

Bunları da oxuyun

Şərh əlavə et