Ayzek Hacar bu gün son tibbi müayinədən keçəcək. Müayinənin nəticələrinə əsasən, Red Bull Racing komandası onun qarşıdakı Bakı mərhələsində iştirak edib-etməyəcəyinə qərar verəcək.
Komandanın rəhbəri Loran Mekis açıq şəkildə bildirib ki, fransalı pilot aldığı zədədən tam sağaldıqdan sonra sükan arxasına qayıdacaq. Racingnews365 nəşrinin mənbələri isə Hacarın özünü daha yaxşı hiss etdiyini və əlindəki ağrıların azaldığını bildirir.
Ayzek bu gün Milton-Kinsdə yerləşən Red Bull simulyatorunda çalışacaq. Komanda Azərbaycan Qran Prisində iştirak edəcək heyətlə bağlı qərarı məhz bu məşqdən sonra verəcək.
Əgər Hacar Bakıda sükan arxasına keçsə, Liam Louson Racing Bulls-a qayıdacaq, Yuki Tsunoda isə ehtiyat pilot vəzifəsinə geri dönəcək.




Şərh əlavə et