Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Las Veqasa şans verməliyik

Red Bull şirkıətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Las Veqasa özünüisbat üçün vaxt lazımdır.

Kokpit.az xatırladır ki, Las Veqas 41 ildən sonra Formula1-ə qayıtsa da, tras əvvəlkindən fərqli quruluşdadır və fərqli yerlərdən keçir. Bu tras Las Veqasın ən işlək və vacib yerinə quraşdırılıb. Bunun üçün milyonlarla dollar pul xərclənib və bu tədbir həftəsonu bitənə qədər davam edəcək.

Lakin insanlar yarışı çox tənqid edirlər. Çünki onlar düşünürlər ki, bu qədər əyləncə Formula1-ə çox zərər vurur.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə düşünüe ki, tənqid etməmişdən əvvəl hadisələrin gesişatına baxmaq lazımdır.

Helmut Marko: “Hər şey çox yenidir. Loqistika və trasa çarmaq da fərqlidir. Bundan başqa heç kim aşağı temperaturun effektinin necə olacağını bilmir. Havanın temperaturu 10 dərəcə civarında olacaq və bu il hələ belə soyuqda yarış keçirilməyib.

Tras və hava temperaturu barədə heç bir təcrübəmiz yoxdur. Belə şəraitdə sazlanma tapmaq da fərqli olacaq. Bundan başqa uzun düzlüklərin təsiri də maraqlıdır. Başqa seriyalar keçirilmədiyi üçün tras şəraiti davamlı dəyişəcək.

Yenə də bu gözəlliyə şans vermək lazımdır. Əvvəl gözləyib, nələr olacağını görməliyik. Daha sonra vəziyyəti dəyərləndirərik.

Qalan iki yarışı da qazanmaq istəyirik. Bunun üçün var qüvvəmizlə işləyirik. Bundan başqa Çekonun da çempionatı ikinci yerdə bitirməsini istəyirik. Həmiltona qarşı 32 xallıq üstünlüyü var və bu, bəs etməlidir”.

Rauf Hacıyev

Şərh əlavə et