Zeekr-də Rəykkönen rejimi olacaq

Rauf Hacıyev 01 Noyabr 2023, 00:30
Zeekr-də Rəykkönen rejimi olacaq
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Əfsanəvi Formula 1 pilotu Kimi Rəykkönenin Çinin Zeekr markasının avtomobillərinin tənzimlənməsi ilə məşğul olacağı barədə yazmışdıq. Artıq bu xəbər rəsmi təsdiqini tapıb. Geely şirkətinə məxsus olan brend dünya çempionu Kimi Rəykkönenlə əməkdaşlıq edəcəyini rəsmən təsdiqləyib – finlandiyalı pilot “məhsuldarlıq üzrə məsləhətçi” təyin edilib.

O, “bərkgedən” Zeekr 001 FR modelinin idarəetmə xüsusiyyətləri üzərində işləyəcək. Hətta elektromobilin güc qurğusunun xüsusi iş rejimi də fin pilotun şərəfinə adlandırılacaq. Rəykkönen isə, öz növbəsində Çin modelini “birinci dərəcəli tənzimləmələrlə” təmin edəcəyinə söz verib.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, Zeekr mühəndisləri məşhur yarış pilotunun rəhbərliyi altında “tənzimləmə sənəti” ilə məşğul olacaqlar. Əməkdaşlığın bu yaxınlarda başlamasına baxmayaraq, Kimi Rəykkönenin 001 FR modelinə öz töhfəsini verdiyi bildirilir.

Çinlilər fin pilotun modeli birinci dərəcəli idarəetmə xüsusiyyətləri ilə təmin etdiyini və nəticədə avtomobilin vəd olunandan daha yaxşı idarələndiyini söyləyirlər.

Çinlilər həmçinin fin pilotla əməkdaşlıq sayəsində Zeekr 001 FR modelinin dördmühərrikli güc qurğusunun hasilatının 1265-dən 1300 at qüvvəsinə qədər artırıldığını bildiriblər. Nəticədə, avtomobil 100 km/saata cəmi 2,02 saniyəyə sürətlənir.

Bunun kifayət qədər olmadığını hesab edənlər üçün isə, mühəndislər Raykkonen rejimini yaradıblar – fin pilot ilə birlikdə elektromobil üçün tənzimləmələrin xüsusi variantları hazırlanıb. Bu tənzimləmələr Zeekr 001 FR modelinin potensialını sona qədər açmağa imkan verəcək. İstehsalçı söhbətin ən təcrübəli sürücülər üçün ən ekstremal tənizmləmələrdən getdiyini bildirib.

Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et