Lekler ABŞ-da mövsümdəki üçüncü poulunu qazanıb

Lekler ABŞ-da mövsümdəki üçüncü poulunu qazanıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0
Yeganə məşqin olduğu və əsas yarışın start düzümünün bəlli olacağı cümə günündə tribunalar tam dolub.

Kokpit.az xəbər verir ki, yeganə sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan sürətli olub.

İlk sessiyada sürücülər Soft təkərləri seçiblər. Lakin bəziləri işlənmiş təkərlərə müraciət edib. Nəticələr sıx olub. Bir neçə sürücünün nəticəsi tras hüdudlarını tam aşdıqları üçün ləğv edilib. Həmilton hamıdan sürətli olub – 1:35.091. Sarcent, Stroll, Elbon, Alonso və Hülkenberq son beşlikdə qərarlaşıblar.

İkinci sessiyada demək olar ki, hamı ilk cəhdlərini işlənmiş, ikinci cəhdlərini isə yeni təkərlərlə ediblər. Bəzi sürücülərin ilk cəhdləri ləğv edildiyindən, ikincidə çox diqqətli olmaq məcburiyyətində qalıblar. Bu dəfə 1:35.004-lük nəticə göstərən Lekler hamıdan fərqlənib. Rikkardo, Maqnussen, Bottas, Çjou və Tsunoda üçün mübarizə başa çatıb.

Son sessiyada Lekler əvvəlcə hamını qabaqlayıb. Nəticələr çox sıx olub. Mercedes sürücüləri də iddialı görünüb. Monakolu sürücü ikinci cəhdində nəticəsini yaxşılaşdırıb – 1:34.723. Ferstappen isə onu 0.005 saniyə fərqlə keçib, lakin tras hüdudlarını aşdığı üçün nəticə ləğv olunub.

Beləliklə, Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə 21-ci pouluna sevinib. Bazar günü yarışa onun yanından Lando Norris başlayacaq. Lyis Həmilton və Karlos Sayns ikinci, Corc Rassell və Maks Ferstappen isə üçüncü cərgədən start alacaqlar.

Bunları da oxuyun

Şərh əlavə et