Xəbəri Kokpitdə Oxuyun!

Zandfortda son yarış həftəsonunda hava necə olacaq?

Niderland Qran Prisi üçün ilkin proqnozlar yarış həftəsonu günlərində dəyişkən hava vəd edir.

Kokpit.az xəbər verir ki, cümə günü Zandfortda yağış yağacaq və hava sərin olacaq – temeratur gündüz 20 dərəcəyə qədər enəcək. Şənbə günü dəyişkən və buludlu hava, yenə yağıntı və 19 dərəcə istilik gözlənilir.

Yarış günü yağıntı ehtimalı 20%-ə enəcək, hava günəşli olacaq, amma temperatur yenə 20 dərəcədən yuxarı qalxmayacaq.

Xatırladaq ki, ötən il Zandfortda şənbə günü məşqlər, sıralanma turu və yarış quru trasda keçirilmişdi.

Gilənur Hüseynova

Şərh əlavə et