Şimşək MakKuin İtaliya Qran-Prisində trasa çıxacaq

Şimşək MakKuin İtaliya Qran-Prisində trasa çıxacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Kino dünyasının məşhur “Maşınlar” (Cars) personajı Şimşək MakKuin Formula 1 və Disney arasında imzalanan yeni reklam anlaşması çərçivəsində İtaliya Qran Prisinə çıxmağa hazırlaşır.

Formula 1 və Disney azarkeşlərə Disney hekayələri vasitəsilə fərqli təcrübələr yaşatmaq üçün 2025-ci ildə “Fuel the Magic” adı altında qlobal əməkdaşlığa başlayıb.

Tərəflər yeni anlaşma ilə bu əməkdaşlığı 2028-ci ilin sonuna qədər uzadıblar. Məşhur “Maşınlar” seriyası da əməkdaşlığın əsas hissələrindən birinə çevrilib.

Qərara əsasən, seriyanın əsas personajı Şimşək MakKuin Monzada keçiriləcək İtaliya Qran-Prisində trasa çıxacaq.

Məşhur personajın yarış həftəsonunda tam olaraq hansı formada təqdim olunacağı hələ məlum deyil. Formula 1-in rəsmi açıqlamasında isə belə deyilir: “Maşınlar seriyası 20 ildir filmlər, xüsusi məhsullar və Disney əyləncə parklarındakı attraksionlarla azarkeşləri həyəcanlandırmağa davam edir.

İndi isə filmlərin yubileyini qeyd etmək üçün yeni görünüşü ilə Monzaya gəlir.

Avtoidmanın ən nüfuzlu yarış həftəsonlarından birində baş tutacaq bu əməkdaşlıq həm film, həm də Formula 1 azarkeşləri üçün unudulmaz anlar yaradacaq”.

Əməkdaşlıq çərçivəsində geyimlərdən tutmuş xüsusi model avtomobillərə qədər geniş çeşiddə yeni Disney və F1 “Maşınlar” kolleksiyası da satışa çıxarılacaq.

Formula 1 və Disney bundan əvvəl Las-Veqas, Çin, Kanada və Böyük Britaniyada birgə tədbirlər keçirib.

Bunları da oxuyun

Şərh əlavə et