İddia: Williams Saynsın maaşını artırır

İddia: Williams Saynsın maaşını artırır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsümün əvvəlində gözləntiləri doğrultmayan Williams-ın rəhbərliyi komandanı yenidən ayağa qaldırmaq və Karlos Saynsı heyətdə saxlamaq üçün böyük maliyyə addımına hazırlaşır.

Mövsümöncəsi Barselona testlərini buraxan Williams bolidin çəkisi ilə bağlı problemlər yaşayıb. Bu səbəbdən komanda mövsümün ilk yarışlarında mübarizəyə qoşula bilməyib. Williams hazırda Konstruktorlar Çempionatında doqquzuncu pillədə qərarlaşıb.

Trasdan kənarda idarəetmə ilə bağlı müzakirələrlə də gündəmə gələn Britaniya komandası sabitlik yaratmaq istəyir. Bunun üçün əsas hədəflərdən biri komandanın ən dəyərli pilotlarından sayılan Karlos Saynsın müqaviləsini uzatmaqdır.

Son dövrlərdə adı Alpine və Aston Martin kimi komandalarla hallanan Saynsı komandada saxlamaq üçün Williams rəhbərliyi böyük təklif hazırlayır.

Autosprint-in məlumatına görə, Williams rekord məbləğ təklif etməyə hazırlaşır. Hazırda ildə təxminən 11,5 milyon avro qazanan Saynsa müqaviləsini uzatdığı halda illik 30 milyon avro maaş təklif olunacaq.

Təklif qəbul olunarsa, Saynsın maaşı demək olar ki, üç dəfə artacaq. İspaniyalı pilot bu məbləğlə Fernando Alonso və Corc Rassel kimi pilotları da geridə qoyacaq.

Bu təklif nəticələri aşağı düşən Williams üçün ciddi maliyyə riski hesab olunur. Buna baxmayaraq, komanda Saynsın təcrübəsinə çox güvənir.

Sayns 2025-ci il mövsümündə iki dəfə podiuma çıxıb. Williams onun liderlik xüsusiyyətləri sayəsində komandanın yenidən xal qazanmağa başlamasına kömək edəcəyinə inanır.

Bunları da oxuyun

Şərh əlavə et