S.Domenikali: Maks yeniliklərdən razı qalacaq

S.Domenikali: Maks yeniliklərdən razı qalacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Stefano Domenikali Formula 1-dən ayrıla biləcəyi ilə bağlı iddialar davam edən Maks Ferstappenlə görüşdüyünü təsdiqləyib.

Yeni şassi və mühərrik qaydalarının qüvvəyə mindiyi 2026-cı il F1 mövsümündə Red Bull-un rəqabət qabiliyyəti baxımından geridə qalması Maks Ferstappenin həm komandadan, həm də Formula 1-dən ayrıla biləcəyi ilə bağlı iddiaları gündəmə gətirib. Elektrik mühərrikinin gücünün artırıldığı yeni qaydalar dövrünü ilk gündən sərt şəkildə tənqid edən niderlandlı pilota F1 CEO-su Stefano Domenikalidən cavab gəlib.

Domenikali rəhbərlik olaraq pilotların rəylərini nəzərə aldıqlarını bildirib. O, 2027 və 2028-ci illərdə mühərrik qaydalarında mərhələli dəyişikliklər ediləcəyini və daxiliyanma mühərrikinin payının yenidən artırılacağını bir daha vurğulayıb.

Maks Ferstappenlə yaxın ünsiyyətdə olduqlarını bildirən Stefano Domenikali yeni dəyişikliklərin dünya çempionunu məmnun edəcəyini düşünür: “Gələnilki qayda dəyişikliklərini simulyatorda sınaqdan keçirən pilotlar işlərin doğru istiqamətdə getdiyini deyirlər. Bu məsələni Maksla şəxsən də müzakirə etmişik.

Unutmamalıyıq ki, qaydaları dəyişmək üçün komandaların, istehsalçıların, FIA-nın və Formula 1 rəhbərliyinin ortaq mövqedə olması lazımdır.

Əslində güc balansını dəyişmək məsələsində daha aqressiv davranmaq istəyirdik. Lakin komandalarla aparılan danışıqların nəticəsində mərhələli keçid variantı qəbul edildi”.

Mühərriklərdə güc bölgüsünün mərhələli şəkildə benzin mühərrikinin xeyrinə dəyişdiriləcəyini və 2028-ci ildə Ferstappenin tələb etdiyi səviyyəyə çatacağını bildirən Domenikali sözlərini belə tamamlayıb: “Düşünürəm ki, Maks gələcəkdə ediləcək dəyişikliklərdən çox məmnun qalacaq.

O, Formula 1-i çox sevir və idmanın gələcəyinə önəm verir. Hazırda həm onun, həm də idmanın gələcəyini birlikdə müzakirə edirik. Onunla çox yaxşı münasibətim var.

Formula 1 onu özündə saxlaya biləcək qədər böyük bir təşkilatdır. Lakin günün sonunda Maks gələcəyi ilə bağlı qərarı özü verəcək və idman da yoluna davam edəcək. Mənim şəxsi fikrim Maksın bizimlə qalacağı istiqamətindədir. Buna ürəkdən inanıram və ümid edirəm”.

Bunları da oxuyun

Şərh əlavə et