Həmiltonla Rassellin oxşar problemi nədir?

Həmiltonla Rassellin oxşar problemi nədir?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sabiq Formula 1 pilotu Tyerri Butsen Lyuis Həmilton və Corc Rassellin son illərdə üzləşdiyi çətinliklər arasında oxşarlıq olduğunu düşünür.

Həmilton bu il yaxşı formada çıxış edir. Ferrari ilə İspaniya Qran Prisində qələbə qazanan britaniyalı pilot mövsümün ilk yarısında bir neçə dəfə podiuma yüksələrək yay fasiləsinə pilotlar çempionatında ikinci pillədə yollanıb.

Bu nəticələr onun 2025-ci ildə Ferrari ilə keçirdiyi ilk mövsümlə müqayisədə ciddi irəliləyiş əldə etdiyini göstərir. Britaniyalı pilot ötən mövsüm ərzində tez-tez müxtəlif problemlərlə üzləşmişdi.

Yeddiqat Dünya Çempionunun əvvəlki komandası Mercedes-də çıxış edən Corc Rassell isə bu il ciddi problemlər ilə qarşılaşıb. Bu çətinliklər onun ilk dünya çempionluğu uğrunda mübarizəsini də sual altına qoyub.

Tyerri Butsen son illərdə hər iki pilotun üzləşdiyi problemlərin müəyyən mənada oxşar olduğunu bildirib: “Lyuis elə Lyuisdir və o, zirvədə olmağa layiqdir. O, bütün karyerası boyunca zirvədə olub, lakin ötən il çətinlik çəkdi.

Lyuis ötən il Corcla eyni problemlə üzləşmişdi: özünəinam, bolidin istənilən səviyyədə olmaması və bütün bunların üzərinə əlavə olunan digər xırdalıqlar vəziyyəti pis, hətta çox pis göstərirdi. Amma Lyuis yenə də Lyuisdir.

Bolid yaxşılaşan kimi o da nəticə göstərdi və Barselonada yarışı qazandı. Onun adına çox sevindim”.

Butsen Rassellin də bu çətin dövrdən çıxaraq özünü daha da inkişaf etdirə biləcəyinə inanır. Onun sözlərinə görə, uğursuzluq pilotun öz üzərində işləməsi üçün vacib fürsətdir: “Niki Lauda deyirdi ki, qələbədən heç vaxt heç nə öyrənmirsən.

Uduzanda isə çox şey öyrənirsən. Çünki yaxşılaşdırmalı olduğun çoxlu məqam ortaya çıxır. Buna görə də işləyirsən, işləyirsən və daha da yaxşılaşmağa çalışırsan. Bəzən qazanmaq mümkün olmur. Belə vəziyyətdə baş verənləri düşünmək, özünü təhlil etmək, boliddəki problemləri, komanda ilə bağlı çətinlikləri və komanda daxilindəki münasibətləri təhlil etmək vaxtıdır. Bu, çox mürəkkəb prosesdir.

Bütün bunların öhdəsindən gəldikdən sonra yenidən qazanmağa başlayırsan. Hər zaman qalib gəlmək mümkün deyil, çünki ətrafında bunun qarşısını almaq üçün çoxlu insan var!”

Bunları da oxuyun

Şərh əlavə et