Hacar mədəni şok yaşayıb

Hacar mədəni şok yaşayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ayzek Hacar Red Bull-a keçid zamanı “mədəni şok” yaşadığını etiraf edib.

Kokpit.az xatırladır ki, fransalı sürücü ötən mövsüm Red Bull-un qardaş komandası RB-də keçirdiyi uğurlu debüt ilindən sonra bu il əsas komandaya yüksəldilib.

Fransalı pilot Red Bull-a keçdikdən sonra “mədəni şok” yaşadığını etiraf edib.

Gənc sürücü 2025-ci ildə Formula 1-də keçirdiyi ilk mövsümdə yaxşı nəticələr göstərib və bunun ardından Red Bull onu əsas komandaya yüksəldərək Maks Ferstappenlə komanda yoldaşı edib.

Hacarın debüt mövsümünün ən yaddaqalan anı Niderland Qran Prisində üçüncü yeri tutması olub. Bununla yanaşı, Yuki Tsunodanın yaşadığı çətinliklər onun yapon pilotun əsas komandadakı yerinə ən real namizədlərdən birinə çevrilməsinə səbəb olub.

Lakin RB-dəki mühitə yenicə uyğunlaşan Hacar Red Bull-a keçdikdən sonra bəzi dəyişikliklərə uyğunlaşmalı olduğunu bildirib: “Bu, həqiqətən də mədəni şok idi. Daha çox ailə ab-havasına malik italyan komandasından Britaniya komandasına keçirsiniz. Bu, tamamilə fərqlidir.

Amma VCARB ilk ilimdə mənə çox böyük dəstək oldu. Onlar əsas komanda üçün gənc pilotlar hazırlamağa öyrəşiblər”.

Bununla belə, Hacarın bir neçə il ərzində Red Bull-un gənc pilotlar proqramında yer alması onun əsas komandaya keçidini xeyli asanlaşdırıb: “Red Bull-a keçidi elə də böyük dəyişiklik hesab etməzdim. Bu, Lyuisin Mercedes-dən Ferrari-yə keçidi kimi deyildi.

Mən 2021-ci ildən gənc pilotlar akademiyasındayam. Birinci məşq sessiyalarında iştirak etmişəm və gənc pilotlar üçün testlərdə sürmüşəm.

Bu il yarış mühəndisi Riçard Vudla birlikdə işləyirəm, amma onunla ilk sessiyamı hələ üç il əvvəl etmişdim.

Mənim üçün Red Bull-da olmaq bir növ təbii keçid idi”.

Bunları da oxuyun

Şərh əlavə et