C.Herbert: Lyuis səhv etməməyi öyrənməlidir

C.Herbert: Lyuis səhv etməməyi öyrənməlidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sabiq Formula 1 hakimi Conni Herbert son yarışlarda ardıcıl aldığı cəzalar səbəbindən idarəetməni tənqid edən Lyuis Həmiltona cavab verib.

Macarıstan Qran Prisində pit yolunda 80 km/saat sürət həddini cəmi 0,1 km/saat aşdığı üçün 5 saniyəlik cəza alan Həmilton stüardların qərarlarını şübhə altına alıb və Britaniya Qran Prisindəki səhv start cəzasının da yanlış qiymətləndirildiyini iddia edib. Lakin Herbert qaydaların kifayət qədər aydın olduğunu vurğulayaraq hakimləri müdafiə edib.

Həmiltonun mübahisələrə səbəb olan açıqlamalarını dəyərləndirən Conni Herbert dünya çempionu pilotun stüardlar heyətini hədəf almasının düzgün olmadığını bildirib: “Aldığınız cəzaları sadəcə ‘bəxtsizlik’ adlandıra bilməzsiniz. Pilotu sadəcə sevmədiyiniz üçün cəzalandıra bilməzsiniz, sistem belə işləmir. Qaydalar və təlimatlar son dərəcə aydındır. Yarış zamanı otaqda dörd stüard birlikdə və uyğun şəkildə işləyir, onlar qaydaları gözardı edə bilməzlər.

Cəzalarda düzgün qərar vermək əsas məsələdir. Komandaların və pilotların hər zaman tələb etdiyi şey də məhz budur. Məncə, stüardlar əla iş görürlər”.

Macarıstandakı pozuntunun tamamilə pilot səhvi olduğunu vurğulayan Herbert tənqidlərini belə davam etdirib: “Pit yolundakı sürət pozuntusu tamamilə Həmiltonun səhvi idi. Bu məsələyə nöqtə qoymaq lazımdır. Başqa heç kimi günahlandıra bilməzsiniz.

10 il əvvəlki Lyuis yəqin ki, belə bir səhvə yol verməzdi. Hadisəni niyə bu qədər yanlış qiymətləndirdiyini bilmirəm, lakin günün sonunda onun səhvinin heç bir bəhanəsi yoxdur.

Stüardların Lyuisə qarşı pis münasibəti yoxdur. Onsuz da sistem buna imkan vermir. Həmilton belə sadə səhvlərə yol verməməyi öyrənməlidir”.

Bunları da oxuyun

Şərh əlavə et