MotoGP Britaniya: Fernandes mövsümdə ilk dəfə qazanıb

MotoGP Britaniya: Fernandes mövsümdə ilk dəfə qazanıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Britaniya yarışının qalibi Raul Fernandes olub. Onu Xorxe Martin və Marko Bezzekki izləyiblər.

Yarışdan əvvəl Silverstounda hava kifayət qədər quru olub. Havanın temperaturu 27°C, asfaltın temperaturu isə 44°C ölçülüb.

Bütün sürücülər ön təkərdə sərt, arxa təkərdə isə orta sərtlikdə təkər seçimindən istifadə ediblər.

Poul mövqeyindən start alan Xorxe Martin ilk döngəni lider keçə bilməyib və Raul Fernandes ilk pilləni ələ keçirib. Mark Markes isə üç sıra irəliləyərək üçüncü pilləyə yüksəlib.

7-ci və 8-ci döngələrdə sarı bayraqlar dalğalandırılıb və Joan Mir ilə Aleks Rinsin qəza etdiyi barədə məlumat verilib. Hər iki insident araşdırmaya götürülüb. Bu zaman Xorxe Martin Mark Markesi geridə qoyaraq podiumun sonuncu pilləsinə yüksəlib.

Bir neçə dövrə sonra Aleks Markes də qardaşı Markı geridə qoyub. Beləliklə, Mark Markes beşinci pilləyə geriləyib. Enea Bastyanini və İker Lekuona qəza edərək yarışdan kənarda qalıblar. Bu qəzaların ardından Toprak 15-ci pilləyə yüksəlib.

Kal Kratçlou, Ay Oqura və Françesko Banyaya da qəza edərək yarışı yarımçıq dayandırıblar.

Damalı bayraq dalğalandıqda finiş xəttini ilk keçən Raul Fernandes olub. Ona podiumda Xorxe Martin və Marko Beczekki qoşulublar. Aleks Markes yarışı dördüncü, Pedro Akosta isə beşinci pillədə tamamlayıb.

Bunları da oxuyun

Şərh əlavə et