Kokpit.az xatırladır ki, britaniyalı sürücü Qətər yarışına 10-cu yerdən başlasa da, ilk dövrəni əla keçirib və altıncı yerə yüksəlib. Bundan sonra o, yaxşı templə gedərək, rəqiblərini bir-bir keçib və yarışı üçüncü yerdə bitirib.
Lando yarışın sonlarında komanda yoldaşı Oskar Piastriyə də hücumlar etsə də, komandası onun qarşısını kəsib və 24 yaşlı sürücü Qətərdə üçüncülüyə razı olub.
Norris beləliklə ardıcıl üçüncü yarış podiuma yüksəlib.
Lando Norris: “Startdan finişə qədər meqa yarış idi. Üç pit-sop məcburiyyəti işləri daha da çətinləşdirdi. Fiziki cəhətdən də çətin idi, çünki bacardıqca limitdə getməli idik. Son pitdən sonra da tam qazla gedə bilirdik. Böyük ehtimalla karyeramın ən yaxşı yarışlarından biri idi, amma gözəl meydan oxuma idi.
İlk dövrə əla keçdi. Şənbə günü etdiyim səhvi təkrarlamadım və trası daxili trayekroriyadan döndüm. İşə yaradı. Bundan sonra yarış ərzində tempimiz yaxşı idi.
Əlbəttə, stressli, isti və tərlədiyimiz yarış oldu. Bir az yorğunam. Komandanı təbrik edirəm. Ardıcıl üçüncü dəfə podiumdayıq. Bundan başqa 1.8 saniyəlik pit də etdik.
Oskarı da təbrik edirəm. Səhvə yol vermədi. Əlbəttə, Maksı yenə də təbrik edirəm”.
Şərh əlavə et