Kokpit.az xatırladır ki, niderlandlı sürücü Qətərdə pouldan başladığı yarışda qalib gəlib və builki qələbə sayını 14-ə çatdırıb. O, həm qızmar hava ilə, həm də McLaren sürücüləri ilə mübarizə aparmalı olub.
Maks Ferstappen: “Yarışın taleyi mənim ilk pit-stopa qədərki sürüşümdə həll olundu. Ondan sonra sadəcə tempimi və təkərləri nəzarətdə saxladım. Təkərlərin yaxşı işlədiyinə əmin olmağa çalışırdım. Lakin McLaren yenə də çox sürətli idi. Buna görə də bəzən limitdə sürdüm. Çox çətin yarış idi. Karyeramın ən çətin 5 yarışından biri idi”.
FİA yarışdan əvvəl komandalara 18 dövrədən bir olmaqla məcburi 3 pit-stop qaydası qoymuşdu. Lakin Maks bundan həzz almayıb: “Bir təkərlə bacardığım qədər çox getmək istəyərəm. Bolidləri təkərlərlə yaxşı işləməsi üçün dizayn edirik. Qətərdə bundan istifadə edə bilmədik. Bu bizim ən güclü tərəflərimizdən biridir. Ancaq gələcəkdə görək nəyi dəyişə bilirik”.
Maks Ferstappen sprint yarışından sonra titulu təmin etmişdi. Lakin bazar günü əsas yarış olduğundan onlar qələbəni az qeyd ediblər: “Bunun həzzini yaşayacağıq, amma qazanmalı olduğumuz bir neçə yarış var”.
Şərh əlavə et