Kokpit.az xatırladır ki, bugünkü məşqlərdə Maks Ferstappen hamıdan sürətli olub.
Pirelli buraya mövsümdə altıncı dəfə ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib.
Birinci sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Trasdan çıxma halları olub və həmin dövrəvi nəticələr dərhal ləğv edilib. Ferstappen 1:25.007 ilə ən yaxşı nəticəni göstərib. Çjou, Maqnussen, Louson, Stroll və Sarcent üçün mübarizə başa çatıb.
İkinci sessiyada yenə hamı ən yumşaq təkərləri seçib. McLaren və Ferrari sürücüləri işlənmiş təkərlərlə trasa çıxıblar. Yenə də çox sayda dövrəvi nəticə tras hüdudları pozulduğu üçün ləğv edilib. Bu da güc balansına ciddi təsir göstərib. Bu dəfə Həmilton hamıdan fərqlənib – 1:24.381. Hülkenberq, Elbon, Peres, Sayns və Tsunoda ilk onluqdan kənarda qalıb.
Son sessiyada Ferstappenin nəticəsi rəqiblərininkini yarım saniyə üstələyib – 1:23.728. Norrisin nəticəsi isə ləğv edilib. İkinci cəhdlərdə Maks və Həmilton dövrələrini başa vurmadan pit yoluna üz tutublar. McLaren sürücüləri ikinci və dördüncü olsalar da, mübarizə başa çatdıqdan sonra hər ikisinin sürətli dövrəsi trasdan tam çıxdıqları üçün ləğv edilib.
Bazar günü bizi çox maraqlı yarış gözləyir. Sabah isə sprint yarışı və öncəsində onun start düzümünü təyin edəcək sıralanma turu olacaq.
Şərh əlavə et