Rəsmən: FİA Andrettinin ərizəsini təsdiqləyib

Rəsmən: FİA Andrettinin ərizəsini təsdiqləyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Federasiya amerikan komandasının Formula1-də iştirak ərizəsini təsdiqlədiyini rəsmən elan edib.

Kokpit.az xəbər verir ki, FİA açıqlamasında bildirib ki, 2023-cü ilin əvvəlində Formula1 üçün müraciətlərin qəbulu elan edildikdən sonra onlara çoxlu sorğular daxil olub, lakin seçimin ikinci mərhələsinə yalnız dörd namizədə= buraxılıb. FIA bu komandaların adlarını açıqlamayıb, lakin görünür, Andretti ilə yanaşı, söhbət Kreyq Pollokun Formula Equal layihəsi olan Hitech və Cənub-Şərqi Asiyadan olan LKY SUNZ-dan gedir.

İdman, texniki, maliyyə, ekoloji davamlılıq və sosial təsir meyarlarının qiymətləndirilməsini əhatə edən hərtərəfli araşdırma apardıqdan sonra FIA belə qənaətə gəlib ki, yalnız Andretti Formula Racing MMC-nin layihəsi onların bütün ciddi tələblərinə cavab verir. Digər namizədlərə gəldikdə isə, FİA onları nəticələr barədə məlumatlandırıb.

Muhamməd bin Sulayem: “Federasiya ciddi meyarlar sistemi qurmuşdur ki, dünya çempionatında iştirak etmək üçün ərizəçi ilkin olaraq ərizəyə baxılma mərhələsində tələblərə cavab verməlidir. Məqsədimiz bu mərhələdə ciddi audit prosesindən sonra yalnız müəyyən edilmiş meyarlara cavab verən və onların idmanımıza dəyər qatmağa qadir olduqlarını nümayiş etdirə bilən namizədlərin müraciətlərini təsdiq etməyimizi təmin etməkdir.

FIA-dan bütün tələblərə cavab verən namizədlərin ərizələrini təsdiqləməsi tələb olunur ki, biz də bu prosesi izlədik və Andretti Formula Racing LLC tərəfindən təqdim olunan ərizənin baxılmanın növbəti mərhələsinə buraxıla biləcəyini müəyyən etdik. Bu qərarı qəbul edərkən federasiya avtoidman yarışlarında iştirakla bağlı Avropa İttifaqının direktivinə uyğun hərəkət edir.

Andretti Formula Racing LLC bütün meyarlara cavab verən yeganə iddiaçı olub. Mən Maykl Andretti və onun komandasını layihələrinin təsdiqlənməsi münasibətilə təbrik edirəm. Bütün digər komandalara da seçim prosesində göstərdikləri maraq və iştiraka görə təşəkkür etmək istəyirəm.

Müraciət prosesi Audi, Honda və Ford kimi istehsalçıları cəlb edən, həmçinin Porsche və General Motors-un marağına səbəb olan 2026-cı ildə qüvvəyə minəcək FİA-nın güc qurğusu qaydalarına müsbət reaksiya fonunda baş verir.

Müraciət prosesində iştirak edən FIA komandasının bütün üzvlərinə bütün ərizəçilərin müraciətlərinin tam qiymətləndirilməsini təmin etmək üçün yorulmaz səylərinə görə təşəkkür etmək istərdim”.

Bunları da oxuyun

Şərh əlavə et