Xəbəri Kokpitdə Oxuyun!

Audi Hülkenberqdən razıdır

Audi-nin Formula 1 proqramının rəhbəri Mattia Binotto Niko Hülkenberqin gələcəyi ilə bağlı narahatlığa əsas görmür.

Bu yaxınlarda Audi-nin Karlos Saynsa maraq göstərə biləcəyi barədə söz-söhbətlər yaranıb. İddiaya görə, Sayns Williams-dan ayrılarsa, Niko Hülkenberq yerini ona verməli olacaq.

Audi-nin Formula 1 proqramının rəhbəri Mattia Binotto buna cavab olaraq bildirib ki, Niko Hülkenberqin narahat olacağı heç nə yoxdur…

Mattia Binotto: “Biz həmişə demişik ki, əla pilot cütlüyümüz var. Komandamızda iki sürətli pilot çıxış edir və mən onlardan çox razıyam.

Niko Hülkenberqin çox müsbət keyfiyyətləri var: o, sürətli, stabil və təcrübəlidir, tamamilə işinə köklənib. Bununla yanaşı, Niko gənc pilot təsiri bağışlayır, deməli, Formula 1-də hələ qarşıda onu çox illər gözləyir”.

Gilanur Huseynova

Şərh əlavə et