İlk dövrədə Audi pilotu Hülkenberq Esteban Okonun hücumundan müdafiə olunarkən 9-cu döngədə tras hüdudlarından kənara çıxıb. O, trasa qayıtdıqdan sonra mövqeyini Okona geri qaytarmayıb.
Stüardlar hesab ediblər ki, Hülkenberq trasdan kənara çıxmaqla üstünlük əldə edib və buna görə onun sprint nəticəsinə 5 saniyə əlavə ediblər. Nəticədə almaniyalı pilot yekun protokolunda 13-cü yerdən 15-ci yerə geriləyib.
Stüardlar həmçinin Liam Lousonun 15-ci döngədən əvvəlki düzlükdə komanda yoldaşı Ayzek Hacarla mübarizəsini də araşdırıblar.
Pilotların izahatlarını dinləyən, videoları və telemetriya məlumatlarını nəzərdən keçirən stüardlar Lousonun trayektoriyasını ciddi şəkildə dəyişmədiyi və Hacara kifayət qədər yer saxladığı qənaətinə gəliblər. Hacar da bu qiymətləndirmə ilə razılaşıb.
Bununla belə, stüardlar Lousonun müdafiə manevrinin gec və kəskin olduğunu qeyd edərək Racing Bulls pilotuna rəsmi xəbərdarlıq veriblər.




Şərh əlavə et